18 avqust 2015 15:15
Neftçi azarkeşi 5 sutkalıq həbs olundu
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində keçirilmiş "İnter" - "Neftçi" oyunundan sonra qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, qonaq komandanın azarkeşlərindən biri meydana düşərək "ağ-qaralar"ın kapitanı Araz Abdullayev, eləcə də Rahil Məmmədov və Erik Ramosla mübahisəyə girişmişdi.
Onların bu mübahisəsi isə davaya çevrilmişdi. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları Nurlan adlı həmin "Neftçi" azarkeşini zərərsizləşdirə bilmişdilər və polislər tərəfindən həbs olunmuşdu.
Bu gün isə onun məhkəməsi keçirilib. Məhkəmə azarkeşə oyundan sonrakı hərəkətlərinə görə 5 sutkalıq həbs qərarı çıxarıb.
Qeyd edək ki, azarkeşin məhkəməsində klubdan heç kim iştirak etməyib.
