18 avqust 2015 15:00

Tahir Süleymanov: Kəpəz və Rəvan Neftçidən daha inamlı oyun sərgiləyir

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" artıq iki mövsümdür "İnter"ə qalib gələ bilmir. Bu ənənə hələ sizin "Neftçi"də çalışdığınız dövrdən başlayıb...
- "Neftçi" "İnter"i dəfələrlə həm öz meydanında, həm də səfərdə məğlub edib. "İnter"in də haqqını yeməmək lazımdır. Bu komanda futbolumuzun son iki-üç ildəki aparıcı simalarından biridir. Sabit və güclü heyətə mlikdir. Amma mən "Neftçi"nin dünənki məğlubiyyətinə bu prizmadan yanaşmaq istəməzdim. Həm də guya "Neftçi"də loqotipdən başqa nəsə qalıb?

- Hətta elə?
- Heç Azərbaycan futbolunun düşmənləri də 4-5 ay ərzində "Neftçi"ni belə dağıda bilməzdi.

- Komandanın azarkeşləri də çox aqressivləşib...
- Baş məşqçi Samir Əliyev doğru söylədi ki, azarkeşlər həmişə haqlıdırlar. Siz komandanın turnir cədvəlindəki mövqeyinə fikir verin. Azarkeşlər də klubda nələrin baş verdiyini gözəl bilirlər. Bizim dövrümüzdə belə hal baş verməmişdi. "Neftçi"nin çempionata belə başladığını xatırlamıram. Söhbət heç də komandanın iki oyuna bir xal toplamasından getmir. Problem bundadır ki, sabaha ümidlə baxmağa əsas verən hansısa strategiya görünmür. Bütün bunlar da azarkeşlərdə aqressivliyə səbəb olur.

- Amma klub rəhbərliyi gəncləşdirmə siyasəti kimi gözəl strategiya seçmişdi. Bu, pis idi ki?
- Bunu eşitmişdim. Lakin bildiyimə görə, 33 yaşlı qapıçı alıblar. Əslində, 33 yaş qapıçı üçün böyük deyil. Komandada legionerlər də olmalıdır. Amma Aqil Məmmədov qapını normal qoruyursa, niyə legioner qapıçı alınmalıdır? Onun əvəzinə başqa mövqeyə futbolçu almaq olardı. Kaue, Ramos, Melli, Araz Abdullayev, Ruslan Qurbanov, Məhəmməd Qurbanov və Rəhman Hacıyev artıq gənc sayılmır. Əgər onları gənc saymaq olarsa, onda "Xəzər Lənkəran"ın indiki heyətində yer alanları nə adlandırmalıyıq? Bax gənclər onlardır.

- Adətən, "Neftçi" zəif oynayan kimi azarkeşlər baş məşqçini isetafaya səsləyirdilər. Amma ötən gün hər kəs icraçı direktor ELnur Məmmədovun istefasını tələb edirdi. Nə dəyişib ki?
- Avropa Liqasında Çernoqoriya "Mladost"u ilə oyunlardakı uğursuzluqdan sonra Samir Əliyev bütün məsuliyyəti öz üzərinə götürmüşdü. Amma əminəm ki, həmin uğursuzluqlara görə ən az məsuliyyət daşıyan şəxs baş məşqçiydi. Futbolçularda məsuliyyət qalmayıb. Bunu Əliyev də deyir. Klub rəhbərliyi nəhayət hansı komandaya gəldiklərini başa düşməlidirlər.

- Sizcə, klubun icraçı direktoru niyə belə bir vaxtda Braziliyaya uzun müddətli səfərə yollanıb?
- O, okeanın o tayına yeni futbolçular axtarmağa gedibsə, deməli, "Neftçi"də maliyyə problemləri yoxdur. Halbuki, ilk günlərdən hər addımlarında büdcənin əvvəlki kimi olmadığını göstərməyə çalışırdılar. Bununla onlar öz ünvanlarına gələn tənqidləri yumşaltmaq istəyirdilər. Sözügedən turistik səfərə gəlincə, bunu mövsümün startından öncə təşkil etmək lazım idi. İcraçı direktor onu burada gözləyən məsuliyyətdən qaçıb. Hər bir kəs ən yaxşı bacardığı işlə məşğul olmalıdır.

Azərbaycan bu mövsüm Avroliqanın pley-off mərhələsində üç klubla təmsil olunmalı idi. Ötən mövsüm biz Avroliqanın pley-off mərhələsinə çıxdıq və bu, adi bir iş idi. Bir il sonra komandanı belə vəziyyətdə görmək çox üzücüdür. 20 günə yığılan "Rəvan"la "Kəpəz" "Neftçi"dən daha inamlı futbol sərgiləyir. Belə yanaşma ilə "Neftçi"nin gələcəyi yoxdur. Mənim sözlərimi düzgün qəbul etsinlər. Mən doğrudan da "Neftçi"yə görə həyacan keçirirəm. Doğma klubuma kömək etməyə həmişə hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.