18 avqust 2015 14:00
Qarabağ İsveçrəyə yollanır
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubunun qonağı olacaq "Qarabağ" bu gün səfərə yollanacaq. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi saat 17:00-da Bakı - Bern çarter reysiylə səfərə çıxacaq.
Qeyd edək ki, komandanı səfər görüşündə xaricdə yaşayan azərbaycanlıların dəstəkləməsi gözlənilir. "Qarabağ" avqustun 20-də baş tutacaq görüşdən sonra vətənə qayıdacaq.
