18 avqust 2015 12:45

Böyükağa Hacıyev: Neftçi uçuruma gedir

"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev bu komandanın Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə məğlubiyyətinə şərh verib. Hacıyev azerisport.az saytına açıqlamasında klubun uçurumda olduğunu deyib:

"Sabiq komandam haqda danışmaq çətindir. Çünki, biz "Neftçi"ni belə görmək istəməzdik. Əvvəllər "İnter"lə oyuna xüsusi hazırlaşırdıq. İndi isə çempionatda intriqa qalmayıb. Bütün görüşlər adi matç xarakteri daşıyır. "Bankirlər"ə məğlubiyyəti qəbul etmək olar. Bu gün "İnter" əzmkarlıq və ustalığı sayəsində qalib gəldi. Sözsüz, "ağ-qaralar" azlıqda qaldığına görə çətin duruma düşdü. Amma belə oynamaq olmaz. Komanda hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Gəncləşdirmə siyasəti olsa belə, gələcəyi düşünmək gərəkdir. Etiraf etməliyəm ki, "Neftçi" uçuruma gedir. Komandaya dəstək olmaq vacibdir. Uduzmaq ayıb deyil. Futbolda hər zaman qalib gəlmək olmur. Amma oyun göstərib uduzmalısan".

Böyükağa Hacıyev eyni zamanda komandanın kapitanı Araz Abdullayevin azarkeşlə münaqişəsinə də münasibət bildirib: "Oyuna stadiondan deyil, evdən baxırdım. Abdullayevin elə hərəkətə yol verdiyini görməmişəm. Əgər mətbuatda yazılanlar doğrudursa, onda təəssüflənirəm. Futbol tamaşadır, futbolçu tamaşaçıyla - azarkeşlə kobud davranmamalıdır. Bu gün azarkeş işini atıb futbola baxmaq üçün stadiona gəlir. Nəticə olmayanda hissiyatla hərəkət edə bilər. Futbolçu hər zaman ona hörmətlə davranmalıdır. Əgər Abdullayev belə edibsə, mən çox təəssüflənirəm. Stadionda belə hərəkətlər təkcə klubun deyil, futbolun adına böyük ləkədir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.