18 avqust 2015 12:15
Azərbaycan Türkmənistan və Belarusla yoxlama oyunları keçirəcək
Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Bakıda 4 yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, millimiz avqustun 24-də və 26-da Türkmənistan, avqustun 30-da və sentyabrın 2-də isə Belarus yığması ilə qarşılaşacaq. Bütün oyunlar "ABU Arena"da təşkil olunacaq.
