18 avqust 2015 12:00
Qriqorçukla Anastasiu media əhli ilə görüş vaxtını açıqladı
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə Yunanıstanın "Panatinaikos" klubu arasında Bakıda keçiriləcək ilk matçdan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb. Azerisport.az xəbər verir ki, Yunanıstan təmsilçisi sabah saat 13:30-da Bakıda olacaq.
Elə sabah qonaq komandanın baş məşqçisi Yannis Anastasiu "Bakcell Arena"da jurnalistlərin suallarını cavablandıracaq. Tədbir saat 18:45-də start götürəcək. Komandanın son məşqi isə 19:30-da başlayacaq.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk isə saat 20:15-də mətbuat nümayəndələri ilə görüşəcək. Komandanın son məşqi 20:45-də başlayacaq.
Qeyd edək ki, oyun özü avqustun 20-də keçiriləcək və saat 21:00-da start götürəcək.
