17 avqust 2015 23:40
Neftçinin oyunçuları mətbuata danışmaqdan imtina etdi
"Neftçi"nin futbolçuları Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə məğlubiyyətdən sonra mətbuat nümayəndələri ilə ünsiyyətdən boyun qaçırıblar. Azerisport.az xəbər verir ki, 0:1 hesablı yenilgi komanda üzvlərində jurnalistlərlə ünsiyyət qurmağa da həvəs qoymayıb.
"Neftçi"dən mətbuat nümayəndələrinin suallarını cavablamağa yalnız braziliyalı müdafiəçi Aylton razılaşıb.
