17 avqust 2015 23:50
Neftçi azarkeşləri Elnur Məmmədovu istefaya səslədi, futbolçularla mübahisəyə girişdi
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "İnter"ə 0:1 hesablı məğlubiyyət "Neftçi" azarkeşləri tərəfindən böyük narazılıqla qarşılanıb. Azerisport.az xəbər verir ki, matç başa çatan kimi, qonaq komandanın azarkeşləri "istefa" şüarları səsləndirməyə başlayıblar.
İstefa şüarları klubun icraçı direktoru Elnur Məmmədova ünvanlanıb. "Ağ-qaralı" fanatlardan biri isə meydana qaçıb. O, Rahil Məmmədov və Araz Abdullayevlə mübahisəyə girişib.
Maraqlıdır ki, həmin narazı azarkeş ötən mövsüm "Neftçi"də çıxış etmiş, amma bu mövsüm "İnter"də oynayan Rauf Əliyevlə də mübahisə etməyə çalışıb. Amma stadionun təhlükəsizlik xidmətinin əməkdaşları onu meydandan çıxarıblar.
