17 avqust 2015 16:40
Xəzər Lənkəranın direktoru: Gəncədəki rekordu yeniləyəcəyik
"Xəzər Lənkəran"ın direktoru Höccət Hacıyev "Kəpəz"in Gəncədəki "Zirə" ilə çempionat oyununda son dörd ilin ən çox azarkeş sayına görə rekord vurmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"2005-ci ildə Gəncə şəhər stadionunda keçirilən "Neftçi" ilə supermatça 15 min lənkəranlı azarkeş toplamışdıq. Gəncə futbol şəhəridir. Çoxdan idi orada böyük futbol yox idi. Oradakı azarkeşlər futbol üçün darıxmışdılar. "Zirə" ilə oyuna 12500 azarkeşin gəlməsi də bunun göstəricisidir. Son dörd mövsümün rekorduna gəlincə, biz bu mövsüm həmin rekordu yeniləmək istəyirik".
