17 avqust 2015 15:30

Laşa Kasradze: Neftçi ilə matçda qələbəyə oynayacağıq

"İnter"in müdafiəçisi Laşa Kasradzenin azerispot.az saytına müsahibəsi

- Premyer Liqaya məğlubiyyətlə başladınız. "Xəzər Lənkəran"a ilk turdakı məğlubiyyəti nə ilə izah edə bilərsiniz?
- "Xəzər Lənkəran"la oyundan öncə Avropa Liqasında çətin oyunlarımız olmuşdu. Xüsusilə, İspaniya "Atletik"i ilə görüşlərdə çox güc sərf etdik. Bilbao təmsilçisi ilə cavab görüşündən sonra isə istirahət, yaxşı hazırlaşmaq üçün vaxtımız olmadı. "Xəzər Lənkəran"la oyunda necə yorğun olduğumuz aşkar hiss olunurdu. Buna baxmayaraq, qol vəziyyətlərimiz oldu. Təəssüf ki, onlardan yaralana bilmədik. Şanslarımızdan yararlana bilsəydik, məğlubiyyət olmazdı.

- Yəni həmin məğlubiyyətin tək səbəbi yorğunluqdur?
- Bəli, tamamilə doğrudur.

- İkinci turda rəqib "Neftçi"dir...
- Bu oyuna yaxşı hazırlaşmışıq. Öz futbolumuzu sərgiləyib, qələbə qazanmaq istəyirik.

- Rəqibiniz ilk turda "Kəpəz"lə sülh bağlayıb...
- "Neftçi" həmişə yaxşı komanda olub. Yüksək səviyyəli futbolçuları var. Onlarla bu dəfəki görüşümüzün necə alınacağını oyun özü göstərəcək. İndidən konkret nəsə demək istəmirəm.

- Keçmiş klubunuz AZAL da yaxşı günlərini yaşamır. Yəqin ki, bu komandanı "İnter"ə dəyişdiyinizə görə peşman deyilsiniz...
- İndi AZAL barədə heç nə bilmirəm. Orada baş verənlərdən, necə heyət qurduqlarından xəbərsizəm. Amma indidən nəticə çıxarmaq üçün də tezdir. Hər şeyin necə alınacağını qarşıdakı turlar göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.