17 avqust 2015 15:00
Prosineçki yığma komandanı bir araya gətirir
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin Bakıya qayıdacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Azərbaycana avqustun 20-də gələcək.
Bu ayın 24-də isə o, milli komandamızı təlim-məşq toplanışına yığacaq. Həmin toplanışda "Qarabağ"la "Qəbələ"nin futbolçuları yer almayacaqlar. Çünki hər iki klub Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 27-də cavab matçlarına çıxacaq. Bu üzdən də sözügedən klubun üzvləri milliyə ayın 28-də qoşulacaqlar.
