Cari mövsümdə ilk
Topaz Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb. Azerisport.az xəbər verir ki, bu, 2-ci turun “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib.
Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.
1992 - 8
1993 - 2
1993/94 - 0
1994/95 - 2
1995/96 - 4
1996/97 - 1
1997/98 - 5
1998/99 - 5
1999/2000 - 4
2000/01 - 7
2001/02 - 2
2003/04 - 8
2004/05 - 7
2005/06 - 9
2006/07 - 6
2007/08 - 5
2008/09 - 3
2009/10 - 9
2010/11 - 7
2011/12 - 15
2012/13 - 9
2013/14 - 13
2014/15 - 17
2015/16 - 1
cəmi - 149
Ağakərimzadə “Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.
Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.
Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb. (PFL)
