17 avqust 2015 12:30
Erat 90 dəqiqə oynadı, 1 xalla kifayətləndi
Almaniya Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Köln"ün U-23 heyəti ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 4-cü pillədə qərarlaşıb.
