17 avqust 2015 12:15
Yığmamızın sabiq müdafiəçisi fərqləndi, komandası heç-heçə ilə başladı
Türkiyə PTT 1-ci liqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Balıkəsirspor"la qarşılaşıb. Matçda hesab açılmayıb - 0:0.
Qeyd edək ki, start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb. O, 59-cu dəqiqədə sarı vərəqə almaqla "fərqlənib".
