17 avqust 2015 11:30

Rəşad Sadıqov: Yanq Boyz Seltikdən güclü deyil, amma...

Azərbaycan yığmasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ı bu həftə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə çətin səfər oyunu gözləyir. Rəqib barədə ətraflı məlumat toplaya bilmisiniz?
- "Yanq Boyz"un "Luqano" ilə çempionat oyununa baxdım. Çox maraqlı komandadır. Bizə heç də asan olmayacaq. İsveçrə klubu qarışıq futbol oynayır. Bizi səfərdə çox çətin oyun gözləyir. Nəticə qazanmaq istəyiriksə, maksimum güc sərf etməyimiz lazımdır.

- "Yanq Boyz"un əsas üstünlüyü nədədir?
- Çox güclü hücum xəttləri var. "Luqano" ilə oyunda əsas hücumçuları oynamırdı. "Yanq Boyz"un çox böyük hücum potensialı var. "Seltik"dən güclü olduqlarını deməzdim. Amma oyunlarında çoxçeşidlilik var. Onlar da standart vəziyyətlərdən yaxşı yararlana bilirlər. Bu, bizə əlavə problem yarada bilər. Buna görə "Yanq Boyz"la oyunlarda qətiyyən arxayınlaşmaq olmaz.

- "Qarabağ"ı səfərdə hansı nəticə qane edəcək?
- Uduzmaq istəmirik. Asan olmayacaq. Amma səfərdən sərfəli nəticə ilə qayıtmaq istəyirik. Əsas İsveçrədə iki top fərqi ilə uduzmamaqdır. Lakin rəqibin doğma meydanda hücum futbolu oynayacağını, qələbə qazanmağa çalışacağını bilirik.

- Yeni hücumçunuz Raydell Pupon hələ ondan gözləniləni göstərmir...
- Azərbaycanda yeni futbolçu ilə müqavilə imzalanan kimi, hamı tələsir, ondan nəticə gözləyir. Siz Bədavi Hüseynovu aldığımız dövrdə onda potensial görürdünüz? Biz onu alanda gülənlər var idi. Eyni sözləri Reynaldo barədə də demək olar. Biz özümüz də gülürdük. Tələsmək olmaz. Qoy 3-4 ay keçsin, Pupon ondan gözləniləni verə bilməsə, o zaman uğursuz transferdir deyərik.

- 3-4 ay çox deyil?
- Hücumda oynamaq çox çətindir. Yaxşıların yaxşısı Azərbaycana gəlmir. Hamı "Qarabağ"ın çox səviyyəli futbolçular almasını istəyir. Qurban Qurbanov da komandasında ən azı üç Reynaldo kimi futbolçusunun olmasını istəyərdi. Amma elələrini tapmaq çox çətindir. Hətta tapsaq da belə, onları bura gətirmək üçün xeyli əmək sərf etməlisən. Belə oyunçulara görə klubları da xeyli pul tələb edirlər. Bəzən isə ümumiyyətlə, buraxmaq istəmirlər. Gəlin tələsməyək. Ümid edirəm ki, yeni transferlərimiz komandamıza faydalı olacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.