17 avqust 2015 00:20
Coşqun Diniyev: İlk qolun mənim adıma yazılmasını çox istəyərdim
"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib:
"Rəqibin qapısına vurulan ilk qol avtoqol kimi qeydə alındı. Çox istəyərdim ki, həmin qol mənim adıma yazılsın (gülür). Amma əsas komandamızın qələbə qazanmasıdır. Öz oyunuma gəlincə, buna baş məşqçi qiymət verə bilər. Mən özümü göstərmək üçün əlimdən gələni edirəm".
