17 avqust 2015 00:10
Subaşiç 90 dəqiqə oynadı, komandası uduzdu
Serbiya Super Liqasında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Yavor"la qarşılaşıb. Matç paytaxt təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Matça start heyətdə çıxan Subaşiç sonadək mübarizə aparıb.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 6 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
