17 avqust 2015 00:05
Emil Balayevsiz Ayntraxt yeni mövsümə məğlubiyyətlə başladı
Almaniya Bundesliqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da cari mövsümdə ilk çempionat oyununa çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Volfsburq"la qarşılaşıb. Matç futbolçumuzun klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Emilin adı bu oyunun iştirak ərizəsinə salınmayıb.
