16 avqust 2015 20:40

Qəbələ 15-ə çatdı

Topaz Premyer Liqasının 2-ci turunun AZAL-la qarşılaşmasında 2:0 hesabı ilə qalib gələn “Qəbələ” baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında yubiley – 15-ci qələbəsini qazanıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssisin rəhbərliyi altında 2015-ci ilin əvvəlindən çıxış edən “qırmızı-qaralar” 26 görüşün 5-də heç-heçə edib, 6-da uduzub.

“Dalğa Arena”da əldə olunan 3 xalla komandanın uğurlu seriyaları da davam edib. “Qəbələ” bütün yarışlar nəzərə alınmaqla, son 5 matçda məğlub olmamaqla yanaşı, qol vurur. “Qırmızı-qaralar”ın qol vurmadığı, həm də uduzduğu son qarşılaşma iyulun 16-da “Çukariçki” ilə Serbiyadakı görüş olub – 0:1.

Komandanın son 13 görüşündə isə maraqlı tendensiya müşahidə olunur. “Qəbələ” hər bir oyundan bir – 7 dəfə qalib gəlir.

“Qəbələ”nin Premyer Liqa oyunlarındakı qollu və məğlubiyyətsiz oyunlar seriyası da davam edir. Fevralın 15-də “Neftçi” ilə ev oyununda məğlub olan Qriqorçukun yetirmələri son 14 çempionat oyununda 11 qələbə qazanıb və 3 heç-heçə edib. Ardıcıl 15 Premyer Liqa görüşündə qol vuran “Qəbələ” fevralın 10-da “Simurq”a uduzduqdan (0:2) sonra hər qarşılaşmada rəqib qapısına yol tapır. Bu matçlarda qəbələli futbolçular 29 qola sevinib.

AZAL-la qarşılaşmada iki futbolçu ilk dəfə “Qəbələ”nin heyətində rəsmi matça çıxıb. Məhəmməd Mirzəbəyov və Roman Hüseynov “qırmızı-qara” formada debüt ediblər. 2005-ci ildə yaranan klubun tarixində Bakıdakı matçadək 192 oyunçu çıxış etmişdisə, bu rəqəm 194-ə çatıb. Digər iki futbolçu – Dmitri Bezotosnı və Arif Daşdəmirov “Qəbələ”nin heyətində yubiley – 25-ci matçı keçiriblər. Penaltidən rəqib qapısına yol tapan Aleksey Qay 26-cı oyununda yubiley – 5-ci qoluna imza atıb. Oyun sayında rekordçu olan Dodo 5-ci dəfə qarşılaşmaya kapitan kimi çıxıb.

Mirzəbəyov, Hüseynov, həmçinin Vitali Vernidub Premyer Liqada ilk dəfə “Qəbələ” forması geyməklə, buna nail olan oyunçuların sayını 177-yə çatdırıb. Aleksey Antonov isə klubun Premyer Liqada qol hesabını açan 74-cü futbolçusudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.