16 avqust 2015 20:20

Aleksey Antonov: Hər oyuna qol vurmaq üçün çıxıram

Topaz Premyer Liqasının 2-ci turunun AZAL-la oyunu “Qəbələ”nin ukraynalı legioneri Aleksey Antonov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, meydana sonradan daxil olan hücumçu Premyer Liqada ilk qolunu vurmaqla, “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsində pay sahibi olub.

Antonov “Dalğa Arena”dakı qarşılaşma ilə bağlı fikirlərini klub saytına açıqlayıb: “AZAL-la oyunumuz ağır alındı. Sevinirəm ki, sonda qalib gəlib, lazım olan nəticəni qazana bildik. Ümumiyyətlə, AZAL deyil, bütün komandalara qarşı oyunlar çətin olur. Demək olar ki, asan rəqib yoxdur. Səfər qarşılaşmasında qol imkanlarından daha yaxşı istifadə etməyimiz sayəsində qalib gəldik. 90 dəqiqə ərzində biz daha çox qol epizodları yaratdıq. Hesabın daha böyük olub-olmaması haqda mülahizələr yürütmək istəməzdim. Əsas 3 xal qazanmağımız idi ki, bunun da öhdəsindən gəldik. Start heyətində yer almayıb, meydana sonradan daxil olmağım baş məşqçinin qərarı idi. Mənim vəzifəm meydana çıxıb, oyunumu göstərib, gözlənilənləri nümayiş etdirməkdir. Bunda qeyri-adi bir şey görmürəm. Nəzərə almaq lazımdır ki, Premyer Liqada legioner limiti də var. Azərbaycan çempionatındakı ilk qoluma gəlincə, yaxşı hücum təşkil etdik. Həmin epizodda mən hücumu dəqiq zərbə ilə tamamladım”.

Antonov UEFA Avropa Liqasının pley-off mərhələsinin Yunanıstan təmsilçisi “Panatinaikos”la oyunları haqda da fikirlərini açıqlayıb. O bildirib ki, avqustun 20-də Bakıda baş tutacaq ilk görüşdə də azarkeşləri sevindirməyə çalışacaqlar: “Panatinaikos” çox yaxşı komandadır. Yunanıstan təmsilçisi ilə matç çox ağır olacaq. İndi bu matça ciddi hazırlaşmaq lazımdır. Bütünlüklə avrokubok görüşünə köklənəcəyik. Rəqibi dərindən təhlil edəcəyik. İstənilən rəqibə qol vurmaq mümkündür. “Panatinaikos”la matçda da hücumçu kimi qol vurmağa çalışacam. Hər oyuna qol vurmaq üçün çıxıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə və qollarla sevindirək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.