16 avqust 2015 19:40
İnter yığmamızın hücumçusu ilə güclənmək istəyir
"İnter" heyətinə yeni hücumçu qatmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, paytaxt klubu Azərbaycanın gənclərdən ibarət yığma komandasının da şərəfini qoruyan Vadim Ağarəhimovu heyətinə qatmağa çalışır.
İstisna deyil ki, tezliklə tərəflər arasında bu keçidlə bağlı rəsmi müqavilə imzalansın.
