16 avqust 2015 14:40

Aleksey Qay: Pantinaikos ÇL-də uğursuz çıxış etsə də, bizə qarşı daha güclü oynaya bilər

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Ən vacib olan qələbə qazanmağımızdır. Belə gərgin qrafik çərçivəsində xal itirmək heç də arzulanan hal deyil. Ona görə bu baxımdan oyunu bizim aktivimizə yazmaq olar. Oyuna gəlincə, səhvlərimiz oldu. Səhvsiz alınmır. Ola bilər ki, istədiyimiz kimi çıxış edə bilmədik. Amma qələbə qələbədir. Hər qələbə komandaya əlavə inam qazandırır.

- "Qarabağ"la heç-heçə etdiyiniz oyunda daha inamlı təsir bağışlamışdınız. "Qəbələ"nin nisbətən zəif rəqibə qarşı belə zəif çıxış edəcəyini çox az adam gözləyirdi...
- Biz özümüz də bunu gözləmirdik. Həmişə yaxşı oynamaq istəyirik. Amma reallığı da nəzərə almaq lazımdır. Bu gün parlaq oyun sərgiləməsək də, qalib gəlməyi bacardıq. İndiki mərhələdə ən vacib olan da budur.

- Qarşıda Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstan "Panatinaikos"u ilə çətin oyunlar var...
- Hələ bu oyunlarla bağlı heç nə deyə bilmərəm. Çünki hələ bu komandanı tam analiz etməmişik. Hər bir oyuna ayrıca hazırlaşırıq. Tezliklə Yunanıstan klubunu daha ciddi şəkildə analiz edib, hazırlaşacağıq.

- Klubunuzdakı son olayları, rəqibin adını nəzərə alsaq, psixoloji baxımdan çətinlik, pessimist fikirlər yoxdur ki?
- Nə pessimism? Ancaq optimist düşünürük. Aydın məsələdir ki, hər şeyə hazır olmaq lazımdır. Amma ən yaxşısına da ümidi itirməmək lazımdır.

- "Panatinaikos" əvvəlki illərlə müqayisədə o qədər də əzəmətli təsir bağışlamır...
- Sizinlə razılaşmamaq olmaz. Amma onu da unutmamaq lazımdır ki, bu, pley-off mərhələsidir və burada zəif rəqib olmur. Onlar Çempionlar Liqasında uğursuz çıxış etsələr də, bizimlə oyunlara daha istəkli çıxa bilərlər. İstənilən halda ciddi hazırlaşmalı və hər şeyə hazır olmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.