16 avqust 2015 13:40
Aleksandr Çertoqanov: XL ilə oyunda nəticəyə oynayacağıq
"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları "Xəzər Lənkəran"la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqaya qələbə ilə başlamaq istəsək də, alınmadı. "Rəvan"la oyunumuz çətin keçdi. Düşündüklərimizi həyata keçirə bilmədik. Amma eyni zamanda qapımızı da toxunulmaz saxlaya, bir xal qazana bildik. "Xəzər Lənkəran"la oyuna gəlincə, bu görüşün də çətin keçəcəyinə əminəm. Onların ilk turda "İnter"ə qalib gəldikləri görüşə baxmışam. Lənkəran klubu çoxlu qol vəziyyəti yaratmışdı. Onlar müdafiədən hücuma çox tez keçməyi bacarırlar. Çətin olacaq. Amma biz də nəticə qazanmaq üçün mübarizə aparacağıq".
