Elvin Yunuszadə: Qarabağ İsveçrəyə uğurlu nəticə qazanmaq üçün gedəcək
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Əsas odur ki, qalib gəldik. Çempionatın ilk oyunları həmişə çətin olur. Bu oyunda da bizim üçün vacib olan 3 xal qazanmaq idi. Şadam ki, buna nail olduq. Hava ağır idi, bu üzdən oynamaq çətinlik yaradırdı. Amma mənə elə gəlir ki, pis oynamadıq. Bu gün meydana çıxanların 80 faizi ilk dəfə birgə oynayırdı.
Qarşıda komandamızı Avropa Liqası çərçivəsində İsveçrə "Yanq Boyz"u ilə çətin oyun gözləyir. Rəqibimiz güclü komandadır. Amma buna baxmayaraq, biz səfərə ancaq uğurlu nəticə üçün yollanacağıq. Ümid edirəm ki, hər şey qaydasında olacaq".
