16 avqust 2015 02:05
Kamran Ağayevdən uğursuz start
Türkiyə PTT 1-ci liqasında 1-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Adana Dəmirspor"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, Kamran mövsümün açılış matçında start heyətdə meydana çıxıb. O, ikinci qol zamanı kobud səhvi ilə diqqət mərkəzinə düşüb.
