16 avqust 2015 22:50

XL Sumqayıtla, Zirə Kəpəzlə heç-heçəyə razılaşdı

Bu gün Topaz Premyer Liqasında 2-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də iki görüş baş tutub.

Öncə Gəncədə “Kəpəz” çempionatın debütantı “Zirə” ilə qarşılaşıb. Matçda hesabı meydan sahibləri açıblar. Amma matça əlavə olunmuş dəqiqələrdə hesabı bərabərləşdirən bakılılar qarşılaşmanı heç-heçə başa vurmağa nail olublar.

“Sumqayıt” isə doğma meydanda “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da hesabı meydan sahibləri açıb. Amma ilk yarının sonunadək hesaba tarazlıq gəlib. İkinci hissədə qapılara qol vurulmadığından, günün ikinci oyununda da heç-heçə qeydə alınıb.

Topaz Premyer Liqası
2-ci tur

16 avqust

18:30. “Kəpəz” - “Zirə” - 1:1 (0:0)
Qollar: Ş.Rəhimov, 73 (1:0). İ.İvanoviç, 90+2 (1:1).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 13. Şəhriyar Rəhimov, 3. Tərlan Quliyev, 15. Azad Kərimov, 18. Tural Axundov (k), 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 80. Tural Rzayev, 27. Bəxtiyar Soltanov, 10. Junior da Silva, 19. Aleksandr Sıtnik.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23. Tural Nərimanov, 9. Murad Ağakişiyev, 6. Ceyhun Cavadov, 20. Məhərrəm Hüseynov, 94. Sahib Abbasov, 21. Xəzər Qəribov.
Baş məşqçi: Şahin Diniyev.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev, 23. Eltun Hüseynov, 6. Hacı Əhmədov, 11. Viktor İqbekoyi, 10. İqor İvanoviç, 27. Rəşad Abdullayev (k), 17. Nicat Qurbanov, 7. Rihayro.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 8. Tərzin Cahangirov, 2. Mbah Çimezi, 32. Luis Alberto Dies, 5. Adil Nağıyev, 70. Mirkamil Həşimli, 99. Nurlan Novruzov.
Baş məşqçi: Adil Şükürov.

21:00. “Sumqayıt” - “Xəzər Lənkəran” - 1:1 (1:1)
Qol: B.Həsənalızadə, 10 (1:0). E.Rzazadə, 36 (1:1).
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
Sumqayıt. “Kapital Bank Arena”.

“Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 5. Cəmil Hacıyev, 10. Uğur Pamuk, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 16. Elnur Abdulov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 39. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Mikayıl Rəhimov, 8. Nuran Qurbanov, 15. Nodar Məmmədov, 23. Tural Rzayev, 77. Fuad Məmmədzadə, 96. Elnur Mustafayev.
Baş məşqçi: Aqil Məmmədov.
“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 3. Rasim Ramaldanov, 8. Elşən Rzazadə, 9. Orxan Əliyev, 11. Kazım Kazımlı, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 27. Adrian Skarlatake, 97. Elnur Cəfərov, 99. Mahsum Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 5. Fərid Əsədov, 16. İbrahim Qədirzadə, 32. Zaman Mirzəzadə, 42. Kamran Abdullazadə, 44. Yusif Həsənov, 72. Elvin Mirzəyev.
Baş məşqçi: Yunis Hüseynov.

Turun digər oyunları: “Rəvan” – “Qarabağ” - 1:2, AZAL – “Qəbələ” - 0:2. 17 avqust (“İnter” – “Neftçi”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.