16 avqust 2015 01:20
İsrafilovsuz Eybar uduzdu
İspaniyanın "Eybar" klubu növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası "Real Valyadolid"lə qarşılaşıb.
Matç "Eybar"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədə səbəbindən əvvəlki yoxlama oyunlarında meydana çıxmayan İsrafilov bu dəfə də komandasına kömək edə bilməyib.
