16 avqust 2015 00:25

Sergey Zenyov: Bu fikirlə meydana çıxsaydıq, qalib gələ bilməzdik

"Qəbələ"nin hücumçusu Sergey Zenyov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri səfər oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Əsas odur ki, qələbə qazana bildik. Bu, bizim çempionatın yeni mövsümündəki ilk qələbəmiz oldu. Çempionatın startında vacib üç xala yiyələndik.

- "Qəbələ" qalib gəlsə də, çox da yaxşı oynamadı. Niyə?
- Bunu artıq oyundan sonra soyuq başla aydınlaşdıracağıq. Səhvlərimizi bizə söyləyəcəklər.

- Qarşıda komandanı Yunanıstanın "Panatinaikos" klubu ilə vacib səfər oyunu gözləyir. Təsadüfən, gücünüzü həmin oyuna saxlamağa çalışmırdınız?
- Xeyr, belə olduğunu düşünmürəm. Biz belə fikirlə meydana çıxsaydıq, qalib gələ bilməzdik. "Panatinaikos"a görə gücümüzə qənaət etməklə bağlı fikir yox idi.

- İlk qoldan sonra oyunçularınız Cavid Hüseynovun formasını nümayiş etdirdilər...
- Gəlin bu barədə danışmayaq.

- Oyununuzdan razı qaldınız?
- Bu barədə baş məşqçimiz və mütəxəssislər rəy bildirə bilər.

- "Panatinaikos"la oyuna artıq çox az vaxt qalıb. Bu görüşdən nə gözləyirsiniz?
- Bizi ciddi rəqiblə iki ağır oyun gözləyir. "Panatinaikos" böyük tarixə malik klubdur. Onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Bizi ancaq qələbə qane edəcək.

- Bacaracaqsınız? Axı favorit yunanlar hesab olunurlar...
- Qələbəmizə inanırıq. Əks halda meydana çıxmağın mənası yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.