15 avqust 2015 22:00
Qəbələ futbolçuları Cavid Hüseynova dəstək göstərdilər
Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində AZAL-ın qonağı olan "Qəbələ" ilk yarının sonlarında Aleksey Qayın penalti qolu ilə hesabı açdıqdan sonra qonaq futbolçular bunu xüsusi bayram ediblər. Azerisport.az xəbər verir ki, qəbələli futbolçular hazırda məlum hadisə ilə əlaqədar həbsdə olan Cavid Hüseynova dəstək nümayiş etdiriblər.
Belə ki, komanda yoldaşları ona dəstək məqsədilə Hüseynovun 14 nömrəli formasını nümayiş etdiriblər.
