Pərdis Fərcad-Azad: Hədəf mövsümü ən azı 7-ci yerdə başa vurmaqdır
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt" mövsümün start matçında yaxşı təsir bağışladı. Qırmızı vərəqə olmasaydı, qələbə də qazana bilərdik. İkinci turda "Xəzər Lənkəran"la oynayacağıq. Hədəfimiz yalnız qələbə qazanmaqdır. Klub prezidenti qarşımıza ən azı yeddinci yeri tutmağı hədəf qoyub. Bu vəzifənin öhdəsindən nə dərəcədə gələcəyimizi zaman göstərəcək. Ümid edirəm ki, hər şey bizim üçün yaxşı alınacaq".
Fərcad-Azad yenidən Azərbaycan millisinə qayıtmaq istəyindən də danışıb: "Yığmaya qayıtmaq istəyirəm. Hər şey özümdən asılıdır. Hər şey yaxşı alınsa, Robert Prosineçki yenidən məni milliyə dəvət edə bilər".
