15 avqust 2015 19:30
Bədavi Hüseynov: Rəvanı qiymətləndirməməkdən söhbət gedə bilməz
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Rəvan"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əminəm ki, "Rəvan" bu mövsüm Premyer Liqada böyük həvəslə mübarizə aparacaq. Elə "Sumqayıt"la oyunda da bu komanda çox yaxşı oynadı. Fikrimcə, onlar qələbəyə ümid edə bilərdilər. Çünki rəqibi ilə müqayisədə daha çox qol vəziyyəti yaratdılar. Lakin qol vura bilmədilər. Buna görə də "Rəvan"la oyuna tam ciddiyyəti ilə yanaşmalıyıq. Qələbə qazanmaq istəyirik. Amma rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Yaxşı oyun göstərib, 3 xal qazanmalıyıq. Asan olmayacaq. Sonadək mübarizə aparmaq lazımdır".
