15 avqust 2015 18:00
Mixal Peskoviç Neftçidə!
“Neftçi” heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu slovakiyalı qapıçı Mixal Peskoviçlə müqavilə imzalayıb.
Qapıçı 6 ay müddətinə bu komandanın formasını geyinəcək.
M. Peskoviç “Neftçi”yə gəlməmişdən öncə Polşanın “Podbeskidze” klubunda çıxış edib. Buna qədər isə slovakiyalı qapıçı “Nitra” (Slovakiya), “Poloniya” (Polşa), “Aris” (Yunanıstan), “Viborq” (Danimarka) kimi klubların şərəfini qoruyub.
