15 avqust 2015 14:00
Zaur Svanadze: Neftçi ilə oyunda qələbəyə köklənmişik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fikrimcə, bu dəfə "Xəzər Lənkəran"a qarşı oynadığımızdan daha yaxşı çıxış edəcəyik. Biz ilk turda Avropa Liqasındakı oyunumuzdan cəmi 3 gün sonra oynamaq məcburiyyətində qaldıq, yorğunluq var idi, bərpa ola bilməmişdik. Paytaxt derbisi öncəsində isə dincəlmişik, yaxşı hazırlaşmışıq. "Neftçi"nin "Kəpəz"lə oyununa baxdım. Hər şeyə rəğmən, bizim komandaların qarşılaşmaları həmişə gərgin alınır. Qələbəyə köklənmişik".
