15 avqust 2015 13:30

Mehman Allahverdiyev: Hamı stadiona Kəpəzin qələbəsinə şahidlik etmək üçün gələcək

“Gəncə futbol şəhəridir. Burda insanlar futbolu çox sevirlər, ona görə kimisə futbol səsləmək lazım deyil, hamı eşidib, bilib oyuna gələcək”. Azerisport.az xəbər verir ki, bu cümlələrin müəllifi “Kəpəz”in icraçı direktoru Mehman Allahverdiyevdir.

Gəncə təmsilçisinin çempionatda “Zirə”yə qarşı keçirəcəyi ilk ev oyunu haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşən Allahverdiyev daha sonra sözlərinə belə davam edib: “Avqustun 16-da Gəncə sanki böyük bir bayramı qeyd edəcək. Artıq indidən şəhərimizdə bayram ab-havası hiss olunmaqdadır. Hamı səbrsizliklə qarşıdakı oyunu gözləyir”.

Allahverdiyev azarkeşlərə müraciət etməyi də unutmayıb. O, fanatları pirotexniki vasitələrdən uzaq durmağa çağırıb: “Azarkeşlərə bütün dəstəyə görə təşəkkürümü bildirirəm. Onlardan xahişimiz odur ki, stadionda oyun vaxtı əlavə şeylər etməsinlər, yandırıcı maddələrdən uzaq olsunlar. Klubun cərimələnməsinə, cəzalanmasına səbəb ola biləcək hərəkətlər etmək lazım deyil. Düzdür, fanatlarımız komandanı çılğıncasına dəstəkləyirlər və onları başa düşürük. Amma bir şeyə əgər qadağa varsa, gərək olmaya. Biz “Kəpəz”in azarkeş mədəniyyətini hamıya bir daha göstərməliyik”.

İcraçı direktor “Zirə” ilə oyundan gözlədiyi nəticə haqda da danışıb: “İnanırıq ki, komandamız ilk ev oyununda həm də ilk qələbəsini qazanacaq. Hamı stadiona “Kəpəz”in qələbəsinə şahidlik etmək üçün gələcək. Futbolçularımıza, məşqçilər korpusuna uğurlar arzulayıram”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.