Şahin Diniyev: Zirə ilə oyun öncəsi həyacan var
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları "Zirə" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Bir neçə ildən sonra yenidən Premyer Liqa matçımızı doğma azarkeşlərimizin gözü önündə keçirəcəyik. Gizlətmirəm ki, məsuliyyət hissi çox yüksəkdir. Komandada bir qədər həyacan var. Oyundan öncəki məşq zamanı artıq azarkeşlərimizin dəstəyini hiss etdik. Onlar bizdən uğurlu nəticə gözləyirlər. "Zirə" layiqli rəqibdir. İlk turda AZAL üzərindəki qələbədən sonra bu komanda haqda yüksək fikirdəyəm. Onlarla oyunumuz asan olmayacaq. Demək olar ki, meydana iki bərabər gücə malik komanda çıxacaq. Hər ikisi qələbə üçün oynayacaq. Lakin tərəflərdən hansınınsa asan qələbə qazanacağını demək olmaz".
