15 avqust 2015 11:30

Yığmamızın müdafiəçisi Ukrayna klubunda qaldı

Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayev karyerasını Ukraynanın "Metallurq" (Zaporojye) klubunda davam etdirəcək. Azerisport.az xəbər verir ki, klubla müqaviləsinin müddəti mayın 31-də başa çatan futbolçumuz yeni anlaşmaya imza atıb.

Artıq onun adı 2015/16 mövsümünün iştirak ərizəsinə də daxil edilib. Belə ki, futbolçumuz bu gün keçiriləcək 5-ci turun "Vorskla" ilə ev oyununda komandasına kömək edə bilər.

Maraq üçün qeyd edək ki, mövsümün geridə qalan 4 turunda Pavelsiz oynayan "Metallurq" 1 heç-heçə və 3 məğlubiyyətlə turnir cədvəlinin sonuncu - 14-cü pilləsində qərarlaşıb. Çox güman ki, Paşayevi də bu uğursuzluqlardan sonra komandaya qaytarmağa qərar veriblər.

Pavel ötən mövsüm "Metallurq"un aparıcı futbolçularından olub. O, zaporojyelilərin heyətində meydanda ən çox (2208 dəqiqə - 25 oyun) vaxt keçirən futbolçu kimi rekorda da imza atmışdı. O, bu oyunlarda iki məhsuldar ötürmə ilə də yadda qalmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.