15 avqust 2015 00:25

Kamran Ağayev Türkiyə klubuna ilk turda kömək edə biləcək

Ötən gün Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandasının - Türkiyənin "Karşıyaka” klubunun ciddi problemlə üzləşdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, PTT 1-ci liqada çıxış edən klub Sosial Güvənlik Qurumundan heç bir borcunun olmamasına dair sənəd ala bilmədiyindən yeni transferlərinin sifarişinə qadağa qoyulmuşdu. Bu üzdən digər yeni futbolçular kimi, millimizin qolkiperi də komandasının bu gün baş tutacaq "Adana Dəmirspor"la oyununda meydana çıxmaya bilərdi.

Lakin Türkiyə mətbuatının verdiyi son məlumatlara görə, artıq bu problem həllini tapıb. "Karşıyaka" rəhbərliyi Türkiyə Futbol Federasiyası ilə danışıqlar apararaq, məsələnin müsbət həllinə nail olub. Nəticədə, Kamran da daxil olmaqla, bütün yeni transferlərin ilk turdan etibarən meydana çıxmasına razılıq alınıb.

Qeyd edək ki, "Karşıyaka" bu gün səfərdə "Adana Dəmirspor”la qarşılaşacaq. Matç Bakı vaxtı ilə gecə yarısında - saat 00:00-da start götürəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.