15 avqust 2015 00:15
Nazarov oynadı, Karlsrue ilk qələbəsini qazandı
Almaniya ikinci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Futbolçumuzun komandası səfərdə "Frankfurt"la qarşılaşıb. Matç "Karlsrue"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dmitri qarşılaşmanın 67-ci dəqiqəsində meydana çıxıb. 90-cı dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, üç turdan sonra Nazarovun komandası 3 xalla 9-cu pillədə qərarlaşıb.
