15 avqust 2015 00:05

Topaz Premyer Liqasında 2-ci tur həyacanı

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, turun 5 oyunu 3 gün ərzində keçiriləcək.

Tur Bakıda baş tutacaq iki oyunla start götürəcək. Son çempion "Qarabağ" səfərdə "Rəvan"la qarşılaşacaq. Bakılılar indiyədək Ağdam təmsilçisi üzərində qələbə qazanmayıblar. Tərəflər arasındakı 8 oyundan 4-də ağdamlılar qalib gəlibsə, qalanında da heç-heçə qeydə alınıb. “Qarabağ” son iki görüşdə qalib gəlib. Paytaxt təmsilçisi ev oyunlarının hamısında qol buraxıb. Bütövlükdə, top fərqində də Ağdam klubunun üstünlüyü diqqət çəkir - 14:5. İlk turda səfərdə "Qəbələ" ilə sülh bağlayan Qurban Qurbanovun komandasının yenidən Premyer Liqaya qayıtmış "Rəvan"ı məğlub etməyə çalışacağı şübhə doğurmur. "Sumqayıt"la görüşdəki heç-heçə sayəsində mövsümə 1 xalla start verən Emin Quliyevin komandasının son çempiona nə dərəcədə ciddi müqavimət göstərəcəyi maraqla gözlənilir.

Bu oyunla eyni vaxtda AZAL çempionatın digər iddialı komandası "Qəbələ"ni qonaq edəcək. Bu klublar arasında indiyə qədər 22 oyun baş tutub. Onların 9-da "təyyarəçilər", 6-da isə qəbələlilər qalib gəliblər. Daha yeddi matçda heç-heçə qeydə alınıb. Top fərqi də bakılıların xeyrinədir - 32:23. Son 6 oyunda meydan sahibi olan tərəf qalib gəlməyib. Paytaxtdakı son 7 qarşılaşmanın hər birində ən azı 3 qol vurulub. Bu dəfə daha çox gənclərin ümidinə qalan AZAL-ın Avropa Liqasında mübarizə aparan, çempionluğa əsas namizədlərdən sayılan "Qəbələ"yə ciddi müqavimət göstərməsi inandırıcı görünmür.

Bazar günü də iki görüş baş tutacaq. Öncə Gəncədə “Kəpəz” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Uzun fasilədən sonra yenidən elitaya qayıdan "Kəpəz" doğma şəhərdə ilk matçını keçirəcək. "Zirə" də Premyer Liqadakı ilk səfər matçını keçirəcək. Qeyd edək ki, bu komandalar indiyə qədər Premyer Liqada heç vaxt qarşılaşmayıblar. Demək olar ki, bərabər gücə malik bu iki klubun ifasında çox maraqlı qarşıdurma izləyəcəyimiz şübhəsizdir.

Bu oyunun ardından isə “Sumqayıt” – “Xəzər Lənkəran” görüşü start götürəcək. Bu klubların əvvəlki duellərində cənubluların daha çox qələbəsi var - 7. 3 dəfə sumqayıtlılar qələbəni bayram ediblərsə, 4 dəfə də heç-heçə qeydə alınıb. Top fərqi də "Sumqayıt"ın xeyrinədir - 23:16. 7 matçdır bu komandaların oyunlarında heç-heçə qeydə alınmır. “Sumqayıt” son 5 görüşdə meydanı qolsuz tərk etməyib. Mövsümə "İnter" üzərindəki inamlı qələbə ilə başlayan "ağ-yaşıllar" bu mövsüm iddialı olduqlarını Sumqayıtdakı qarşılaşmada da sübut etməyə çalışacaqlar.

“Neftçi” və “İnter” arasındakı mərkəzi oyunla yekun vurulacaq turun son qarşılaşması bazar ertəsi baş tutacaq. Paytaxt klublarının əvvəlki 43 oyununda "ağ-qaralar"ın daha böyük üstünlüyü var - 19 oyun. 11 dəfə "İnter" 3 xalı bayram edibsə, 13 dəfə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqi də "Neftçi"nin xeyrinədir - 61:44. Amma “Neftçi” 7 oyundur paytaxt derbisində qalib gələ bilmir. Son 3 qarşılaşmada “İnter” qələbə qazanıb. “Ağ-qaralar” son 4 səfər qarşılaşmasında xal qazana bilməyib. Samir Əliyevin komandası nəhayət, bu görüşdə uğursuz gedişata son qoymağa çalışacaq. Lənkəranda məğlubiyyətlə üzləşmiş "İnter" isə həmin uğursuzluğu unutdurmağa cəhd göstərəcək.

Topaz Premyer Liqası
2-ci tur

15 avqust (şənbə)

21:00. “Rəvan” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “Bayıl Arena”.

21:00. AZAL – “Qəbələ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Dalğa Arena”.

16 avqust (bazar)

18:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə şəhər stadionu.

21:00 “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əli Hüseynov.
Sumqayıt. “Kapital Bank Arena”.

17 avqust (bazar ertəsi)

21:00. “İnter” – “Neftçi”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “İnter Arena”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.