14 avqust 2015 19:20
Ruslan Əmircanov İnterə qayıtmasından danışdı
"İnter"in müdafiəçisi Ruslan Əmircanov yenidən bu kluba qayıdışına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yenicə klubla yeni müqavilə imzaladım. Amma hələ ayağımda ağrılar olduğundan klubuma kömək edə bilmirəm. Bir həftəyə məşqlərə başlamalıyam. Tez forma yığıb, yenidən "İnter"də oynamaq istəyirəm. Yarım illik müqavilə imzalamışıq. Hər şey uğurlu alınsa, dekabrda müqavilənin müddəti uzadıla bilər".
