14 avqust 2015 19:00
Qəbələnin rəqibi hücumçu ilə güclənmək istəyir
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ" ilə mübarizə aparacaq Yunanıstanın "Panatinaikos" klubu heyətini yeni hücumçu ilə gücləndirmək istəyindədir. Azerisport.az xəbər verir ki, Afina klubu "İraklis"in forvardı Yannis Lukinasa göz dikib.
Sözügedən futbolçu ötən mövsüm komandasının Super Liqaya çıxmasına kömək edib. Amma onun "Panatinaikos"a transferi böyük ehtimalla yaxın günlərdə baş tutmayacaq.
Belə ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun avqustun 20-də keçiriləcək. Lukinasın keçidi isə bu qısa müddət ərzində alınmaya bilər.
