14 avqust 2015 17:20

Yanq Boyzun futbolçusu: Qarabağı keçə bilməməyimiz İsveçrədə narazılıq yaratmayacaq

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan İsveçrənin "Yanq Boyz" klubunun forvardı Taulyant Süleymanovun azerisport.az saytına müsahibəsi

- İsveçrə çempionatının son turunda cari mövsümdəki ilk məğlubiyyətinizi aldınız. Debütanta məğlubiyyətinizə nə səbəb oldu?
- İsveçrə çempionatında "debütant", "autsayder" anlayışı yoxdur. Bütün klublar birini yer uğrunda mübarizə aparır. "Luqano"ya qarşı pis oynamadıq. Sadəcə, qol vəziyyətlərindən yararlana bilmədik. Rəqib isə müdafiədəki səhvimizdən maksimum yararlandı.

- Gələn həftə sizi "Qarabağ"la ilk oyun gözləyir...
- Bilirəm ki, asan olmayacaq. Pley-off mərhələsində zəif komandalar olmur. Biz çox yaxşı hazırlaşmalıyıq.

- "Qarabağ" haqda məlumatınız var?
- Bəli. Bilirik ki, Azərbaycan çempionu olub, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayacaq. "Qarabağ"ın heyətində çoxlu güclü futbolçu var.

- Bu cütdə hansı komandanı favorit hesab edərdiniz?
- Hər iki komanda Avropa Liqasının qrup mərhələsində oynamaq istəyir. Ona görə də bu mərhələdə favoritin kimliyi elə də önəmli rol oynamır. Qrup mərhələsində isə hansı komanda çox arzulayırsa, o kollektiv oynayacaq.

- "Yanq Boyz" "Qarabağ" səddini keçə bilməsə, bu, İsveçrədə narazılıqla qarşılanmayacaq?
- Klubunuzun qələbə qazanması bizim üçün narazılığa səbəb olmamalıdır. Futbolda hər şey ola bilər. "Qarabağ" ötən mövsüm Avroliqanın qrup mərhələsində oynamış komanadır. Ciddi rəqiblərə qarşı çox layiqli mübarizə aparıb. Amma təbii ki, biz də mərhələ adlamağa çalışacağıq.

- İlk oyunun İsveçrədə keçirilməsi sizin üçün hansısa üstünlük yaradır?
- Düşünmürəm. Mərhələ iki oyundan ibarətdir. Elə komandalar var ki, evdə yaxşı oynaya bilmir, amma səfərdə əla çıxış edir. Əlbəttə, doğma meydanda oynamaq yaxşıdır. Amma mənə elə gəlir ki, hər iki oyun eyni dərəcədə əhəmiyyət daşıyır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.