14 avqust 2015 17:00
Emin Quliyev: Ümid edirəm ki, Qarabağla matçda qənaətbəxş nəticə qazanacağıq
"Rəvan"ın baş məşqçisi Emin Quliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız 15-20 gündür formalaşıb. Belə bir komanda ilə nəyə ümid etmək olar ki? Amma bu, futboldur, hər şey ola bilər. "Qarabağ", "Neftçi" və ya AZAL-la qarşılaşmağımızdan asılı olmayaraq, istənilən rəqibə qarşı sonadək mübarizə aparacağıq. Düzdür, bizi bu dəfə daha ciddi rəqiblə görüş gözləyir. Amma bu, meydana məğlubiyyəti gözə alıb çıxacağımız anlamına gəlmir. Ümid edirəm ki, bizi qane edəcək nəticəyə nail ola biləcəyik".
