14 avqust 2015 16:40

Kərim Diniyev: Fanatların stadionu dolduracağına ümidimiz böyükdür

“Kəpəz”in cari çempionatda ilk ev oyununda azarkeşlərin Gəncə şəhər stadionunu dolduracağı gözləniləndi. Azerisport.az xəbər verir ki, “Zirə”yə qarşı matçda klub rəhbərliyi ən azı 10 000 tamaşaçı gözləyir.

Elə komandanın futbolçuları da dolu tribunalar önündə oynamağa həvəslidilər. Klubun mətbuat xidmətinə danışan Kərim Diniyevi eşidək: “Bütün komanda inanır ki, ilk ev oyunumuzda tribunalara xeyli azarkeş toplaşacaq. Fanatların stadionu dolduracağına və bizə dəstək olacaqlarına ümidimiz böyükdür. Yerli azarkeşlər önündə ilk sınaqdan üzüağ çıxmağa çalışacağıq. Azarkeşləri sevindirməyə səy göstərəcəyik, hamını oyuna dəvət edirəm”.

Gənc yarımmüdafiəçi uğura aparan yolda azarkeşlərin həm də böyük qüvvə olduğunu bildirib: “Komandanın qələbə qazanmasında onların da böyük rolu var. Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Fanatların dəstəyi sayəsində oyunlara daha yaxşı motivasiya olunuruq, meydana uğur qazanmaq üçün çıxırıq”.

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev vaxtilə Nizami yurdunun təmsilçisinin şərəfini qoruyub. İndi onun oğlu Kərim də eyni yolu tutub. Ata-oğul “sarı-göylər”in uğuru üçün birlikdə çalışır: “Belə bir köklü, titullu komandanın heyətində olduğum üçün fəxr edirəm, sevinc hissi keçirirəm. İlk dəfədi ki, atamın başçılığı altında peşəkar səviyyədə oynayıram. Düzdü, vaxtilə “Terek”in əvəzedici heyətində çıxış etmişəm. Amma əsas komandada bu ilkdir”.

“Kəpəz” PFK-nın mətbuat xidməti

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.