14 avqust 2015 16:20
Məhkəmə Cavid Hüseynovu həbsdə saxladı
Jurnalist Rasim Əliyevin ölümündə əlaqəsi olmaqda günahkar bilinən Azərbaycan yığmasının və "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynovun həbsdən azad olunması ilə bağlı apellyasiya şikayəti verilmişdi. Azerisport.az xəbər verir ki, bu gün məhkəmə həmin şikayətə baxıb.
Amma Hüseynova qoyulan həbs qərarı qüvvədə saxlanılıb. Halbuki, futbolçunun vəkili ona ev həbsinin verilməsini xahiş etmişdi.
