Samir Musayev: Qarabağ Yanq Boyza qarşı uğurlu oyun sərgiləyə biləcək
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev Ağdam klubunun Topaz Premyer Liqasının 1-ci turunda "Qəbələ"yə qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər iki komanda ehtiyatl oynadı. Çünki çempionatın ilk oyunları həmişə çətin olur. Bununla yanaşı oyunda xeyli qol vəziyyəti yaradıldı. Mən deyərdim ki, derbi ab-havasında keçən bir oyun alındı. Mümkündür ki, bu oyun mövsüm boyu unudulmasın. Çünki doğrudan da maraqlı bir qarşılaşma idi. Məncə, "Qarabağ"la "Qəbələ" bu oyunda xla itirmədi, hərəsi 1 xal qazandı".
Musayev Avropa Liqasının pley-off mərhələsində İsveçrənin "Yanq Boyz" klubu ilə qarşılaşacaq ağdamlıların mərhələ adlamaq şanslarına da toxunub: "Yanq Boyz"un necə oynadığını görməmişəm. Amma yüksək səviyyəli klub olduğuna əminəm. Fikrimcə, "Qarabağ" bu komandaya qarşı uğurlu oyun sərgiləyə biləcək. Çünki yeni gələn futbolçular demək olar ki, komandaya uyğunlaşıblar. Qurban Qurbanov da oyunçulardan nə istədiyini bilən mütəxəssisdir. Allah eləsin ki, "Qarabağ" bu mövsüm də böyük uğurlara nail olsun".
