14 avqust 2015 15:40
Musa Qurbanov Zaqatalanın forma məsələsini həll edir
Yeni yaradılmış "Zaqatala" futbol klubu seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi təyin olunan Şaban Şirdanov "Simurq" dağılandan sonra klubsuz qalan futbolçuları, yerli gəncləri sınaqdan keçirir.
Klubun prezidenti Musa Qurbanov isə hazırda Bakıdadır. O, avqustun 20-nə kimi paytaxtda olacaq. Bu müddət ərzində o, klubun forma, loqotip və sair kimi əsas məsələrinin həllinə çalışacaq.
Qeyd edək ki, komandanın məşqləri "Simurq"un stadionunda keçirilir.
