14 avqust 2015 15:20
Dmitri Nazarov Frankfurta qarşı
Bu gün Almaniyanın ikinci Bundesliqasında 3-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxır.
Sözügedən komanda səfərdə "Frankfurt"la qarşılaşacaq.
Qeyd edək ki, Nazarovun komandası cari mövsümdə hələ xal qazana bilməyib və 16-cı pillədə qərarlaşıb.
