14 avqust 2015 14:00
Akif İsmayılov: Avqustun 27-nə kimi qazonda heç bir problem qalmayacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov bəyan edib ki, arena Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ"la İsveçrə "Yanq Boyz"u arasındakı oyuna qədər tam hazır olacaq. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın "Seltik"lə ev oyunundan sonra qazonun yaxşılaşdırılması yönündə işlər davam etdirilir. Ot örtüyü tədricən əvvəlki qaydasına düşür. Avqustun 27-nə, "Qarabağ"ın "Yanq Boyz"u qəbul edəcəyi günə kimi qazonda heç bir problem qalmayacaq".
