14 avqust 2015 13:20
Qriqorçuk: AZAL-la oyuna Qarabağla matça hazırlaşdığımız kimi yanaşırıq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində qarşılaşacaqları AZAL-la oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda özünü yaxşı hiss edir. Ümid edirəm ki, yaxşı oyun sərgiləməyi bacaracağıq. AZAL-la oyuna ciddi yanaşırıq. Rəqibin heyətinin nə dərəcədə gücləndiyi və ya zəiflədiyi barədə düşünmürük. Bu komanda ilə görüşə də "Qarabağ"la matça hazırlaşdığımız kimi hazırlaşırıq. Çünki hər bir oyuna ciddi yanaşmaq lazımdır. Heyətdə dəyişikliklər olacaqmı? Belə planlarımız var. Komandadakı vəziyyət də bunu vacib edir. Çünki heyətdə itkilər var. Qarşıdakı iki oyunda Rəşad Sadiqovun xidmətindən yararlana bilməyəcəyik".
